Mamuka Baxtadze - pensiyaçılar və başqa qruplar 118 aptekdə bir lariyə 35 adlı medikamenti ala bilirlər, qeyd olunan dərmanların siyayısı genişləndiriləcək
Mamuka Baxtadze - pensiyaçılar və başqa qruplar 118 aptekdə bir lariyə 35 adlı medikamenti ala bilirlər, qeyd olunan dərmanların siyayısı genişləndiriləcək

Xalqımız qarşısında, iş yerlərindən başqa ən ağrılı problem səhiyyə servislərinə əlçatarlıqdır və burada, dərmanlara əlçatarlı qiymətləri ayırmaq istəyirəm, – bu barədə baş nazir, Mamuka Baxtadze Tbilisi Sakrebulosu binasında keçirilən tədbirdə nitqlə çıxış edərkən bəyan etdi.

Baş nazir pensiyaçıların, sosial müdafiəsizlərin və MİM şəxslərin xronik xəstəliklərin müalicəsi üçün 35 adlı dərmanın bir lariyə ala biləcək proqramı barəsində söhbət etdi.

“Biz sosial cəhətdən məsuliyyətli dövlət qururuq. Mənim vətəndaşlarımızla bir çox görüşüm var və iş yerlərindən başqa ən ağrılı problem səhiyyə servislərinə əlçatarlıqdır və burada, dərmanlara əlçatarlı qiymətləri ayırmaq istəyirəm. Bu çox ağrılı problemdir və biz prinsipial addımlar atmalıyıq, – baş nazir bəyan etdi.

Onun dediyinə görə, proqram ən çox yayılmış xronik xəstəlikləri əhatə edir: qandamarları, ağciyər, diabet, epilepsiya və parkinson xətəlikləri.

Baş nazirin bəyan etdiyinə görə, qeyd olunan proqram gələcəkdə də davam etiriləcək və medikamentlərin siyahısı da genişləndiriləcək.

Bununla yanaşı onun dediyinə görə, qeyd olunan proqramı yoxsulluqla mübarizə addımı kimi müzakirə edir.