Mamuka Baxtadze - nəticələr üzrə məsuliyyət, vətəndaşlarımızın səmimi etirazını istifadə etmək istəyən müqəssir Saakaşvili və onun aqressiv komandasının üzərinə düşür
Mamuka Baxtadze - nəticələr üzrə məsuliyyət, vətəndaşlarımızın səmimi etirazını istifadə etmək istəyən müqəssir Saakaşvili və onun aqressiv komandasının üzərinə düşür

Baş verənlər Daxili İşlər Nazirliyinin və ya onun rəhbərinin seçimi idi. Bu onların borcudur ki, konstitusiyanı, ölkədə qaydanı və demokratik institutları qorusunlar, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze bu gün keçirilən brifinqdə bəyan etdi.

Onun dediyinə görə, nəticə çox ağırdır o mənada ki, vətəndaşlar xəsarət aldılar və insanın sağlamlığından yüksəkdə heçnə durmur.

Baş nazirin dediyinə görə, bu nətəcələrə görə məsuliyyət keçmiş prezident və onun komandasının üzərinə düşür.

Bununla yanaşı baş nazirin dediyinə görə, hamı razılaşır ki, bəzi hallarda gücdən aşma var idi.

Onun dəyərləndirməsinə görə, bunların hamısına detallı və şəffaf araşdırma lazımdır.