Mamuka Baxtadze Litvanın baş naziri, Saulius Skvernelis ilə görüşdü
Mamuka Baxtadze Litvanın baş naziri, Saulius Skvernelis ilə görüşdü

Gürcüstanın baş naziri, Mamuka Baxtadze Litvanın baş naziri, Saulius Skvernelis ilə görüşdü.

Gürcüstan və Litva baş nazirləri təkbtək görüşdə iki ölkə arasında əməkdaşlığım dərinləşdirilməsi perspektivlərini müzakirə etdilər.

Təkbtək görüşdən sonra Gürcüstan və Litva nümayəndə heyətinin genişləndirilmiş görüşü planlaşdırılıb. Mamuka Baxtadze və Saulius Skvernelis media üçün bəyanatlar verəcəklər. Bundan sonra Mamuka Baxtadzenin Litva prezidenti, Dalya Qribauskayte ilə görüşü planlaşdırılıb.

Rəsmi səfər çərçivəsində Mamuka Baxtadze Vilnyus Univeristetinə də qonaq olacaq.