Mamuka Baxtadze - Gürcüstanın tam ortasında Rusiyanın hərbi bazaları yerləşdirilib və hər gün Gürcüstan vətəndaşlarının qaçırdılması, əziyyət edilməsi və qətlə yetirilməsi təhlükəsi ilə üz-üzə gəlməli oluruq

Gürcüstanda yaranan müsbət əhval-ruhiyyəyə baxmayaraq, ölkəmiz yenə də işğal edilən ərazilərlə insan hüquqlarının pozulması faktları kimi problemlərlə üzləşir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Batumi XVI beynəlxalq konfransda çıxış edərkən verdi.

Baş nazirin dediyinə görə, ölkədə artan geniş miqyaslı miliktarizasiya aparılır və hər gün depopulyasiya miqyası da artır.

“Gürcüstanın tam ortasında Rusiyanın hərbi bazaları yerləşdirilib və hər gün Gürcüstan vətəndaşlarının qaçırdılması, əziyyət edilməsi və qətlə yetirilməsi təhlükəsi ilə üz-üzə gəlməli oluruq” – dedi Mamuka Baxtadze.

Hamımız birləşməliyiq və beynəlxalq hüququn, qanunun aliliyinin prinsiplərini və insan hüquqlarının qorunmasını təmin etməliyik” – dedi baş nazir konfransda çıxış edərkən.