Mamuka Baxtadze - Gürcü cəmiyyətinin etirazı ilə tamamilə razıyam və tədbirin təşkilatçılarına müraciət edirəm, dərhal açıqlama versinlər

“Gürcüstanın Ali Qanunverici Orqanının tribunasında işğalçı ölkənin deputatını görmək mənim üçün həqiqətən ağır oldu, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze verdi.

Baş nazir Pravoslavlığın Parlamentlərarası Assambleyasının Sesiyası ilə bağlı şərhini sosiyal şəbəkədən verdi.

“Bu fakt bizim azadlıq ideyamıza və gürcü parlamentarizminə zərər verir!

Tədbirin təşkilatçılarına müraciət edirəm, dərhal açıqlamam versinlər” – yazır Mamuka Baxtadze.