Mamuka Baxtadze Davosa səfərə başlayır
Mamuka Baxtadze Davosa səfərə başlayır

Gürcüstanın baş naziri, Mamuka Baxtadze Davosda Dünya İqtisadi Forumunda iştirak edəcək. Mamuka Baxtadzenin Davosa səfəri bu gün başlayacaq.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində yüksək səviyyəli siyasi görüşlər planlaşdırılıb.

Gürcüstan hökumət başçısının bəyan etdiyinə görə, Davosda Dünya İqtisadi Forumu çərçivəsində planlaşdırılmış görüşlərin əsas məqsədi, Gürcüstana əlavə birbaşa sərmayələrin cəlb edilməsidir.

Mamuka Baxtadzenin Davosa səfəri yanvarın 25-dək sürəcək.