Mamuka Baxtadze - bu gündən Gürcüstan hava məkanı daha artıq müdafiə və effekli nəzarət olunmuş olacaq
Mamuka Baxtadze - bu gündən Gürcüstan hava məkanı daha artıq müdafiə və effekli nəzarət olunmuş olacaq

Alekseevka avisiya bazasında aviasiya və hava müdafiə komandanlığının tərkib heyətini peşə günü münasibəti ilə Gürcüstanın baş naziri, Mamuka Baxtadze təbrik etdi.

Baxtadze qeyd etdi fəxr ediləsidir ki, Gürcüstanın müstəqilliyinin müdafiəsi işində gürcü pilotları özlərini dəfərlərlə göstərdilər.

Baxtadzenin bəyan etdiyinə görə, bu işdə Gürcüstana müttəfiq və partnyor ölkələr yardım göstərirlər.

“Gürcüstanın aviasiya məkanı gözətçilərini bu günki gün münasibəti ilə təbrik edirəm. Sədaqətliyiniz və xidmətiniz üçün minnətdarlığımı bildirirəm.

Gürcü hərbi aviasiyasının 26 illik təcrübəsi var. Bildiyiniz kimi, hava məkanı ölkəmizin müdafiəsinin vacib komponentlərindən biridir və onun müdafiəsi ölkənin ləyaqəti işidir. Bu işdə Gürcüstana müttəfiq və partnyor ölkələr yardım göstərirlər”, – Mamuka Baxtadze qeyd etdi.

Bundan başqa baş nazir bəyan etdi ki, bu gündən Gürcüstan hava məkanı daha artıq müdafiə və effekli nəzarət olunmuş olacaq.