Mamuka Baxtadze - Bizim tariximizdə hakimiyyət zorakılıqla iki dəfə dəyişdirildi, ictimaiyyətimiz parlamentə edilən iki hücümu xatırlayır və hər ikisinin də ölkə üçün ağır nəticələri oldu
Mamuka Baxtadze - Bizim tariximizdə hakimiyyət zorakılıqla iki dəfə dəyişdirildi, ictimaiyyətimiz parlamentə edilən iki hücümu xatırlayır və hər ikisinin də ölkə üçün ağır nəticələri oldu

Güclü dövlət institutları Gürcüstanın müvəffəqiyyətli bir Avropa dövləti kimi inkişaf etməsi üçün yaganə yoldur və biz bunun üçün əlimizdən gələni edirik, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze hökümət iclası başlayana qədər keçirilən brifinqdə verdi.

Mamuka Baxtadzenin dediyinə görə, müstəqil Gürcüstan tarixində, hakimiyyət iki dəfə zorakılıqla dəyişdirildi, parlamentə iki dəfə hücüm oldu və hər ikisinin də ölkə ictimaiyyəti üçün ağır nəticələri oldu.

“Bunlar avtoritarizmə, ərazilərimizin işğalına, vətəndaş müharibəsinə, iqtisadi kollapsa və ölkədə tam bir xaosa gətirib çıxartdı. İndi isə, ölkəmiz üçün üçüncü belə bir ssenari hazırlanırdı və buna cəhd oldu, ancaq bu gün vəziyyət fərqlidir və Daxili İşlər Nazirliyi parlamentə və hakimiyyətə edilən hücumun qarşısını ala bildi və sadəcə bunun üçün Daxili İşlər Naziri şəxsən məndən və ictimaiyyətin bütün üzvlərindən təşəkkürə layiqdir” – dedi Mamuka Baxtadze.

“Aksiya zamanı zərər görən vətəndaşlarımızın bir qismi xaricə müalicəyə göndərildi. Gərəkdiyi halda, digərlərinin müalicəsi üçün Gücüstana ən yaxşı həkimləri gətirəcəyik.

Son günlərdə baş verənlər ölkəmizin qarşısında duran ən ağır çağırışlardan biri idi” – dedi baş nazir.