Maik Pens Türkiyəyə müraciət edir ki, Donald Trampın səbrini daşırmasın və Amerikalı pastoru azad etsin
Maik Pens Türkiyəyə müraciət edir ki, Donald Trampın səbrini daşırmasın və Amerikalı pastoru azad etsin

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Maik Pens Türkiyəyə müraciət edir ki, Donald Trampın səbrini daşırmasın və Amerikalı pastoru azad etsin.

Maik Pens bu müraciətini sosiyal şəbəkə Twitter səhifəsində yazdı.

“Türkiyədə həbs edilən pastor suçsuzdur. Ədalət onun azad edilməsini tələb edir. Yaxşı olar ki, Türkiyə, pastorun Birləşmiş Ştatlara qayıtması üçün hər şey etməyə hazır olan Donald Trampın səbrini daşırmasın”  – yazır Birləşmiş Ştatların vitse prezidenti.

Amerikalı pastor iki ölkə arasında yaranan gərginliyin səbəbidir. Endryu Branson Fethullah Gülen təşkilatı ilə əməkdaşlıq ittihamı ilə Türkiyədə 2016-cı ildə həbs edildi. Onu 35 illik həbs cəzası gözləyir.

Rəsmi Ankara pastorun azad edilməsi əvəzinə ABŞ-da yaşayan Fetullah Gülenin Türkiyəyə verilməsini tələb edir, ancaq rəsmi Vaşinqton bu tələbi qəbul etmir.