Levan İzoriya vəzifəsini tərk edir və bəyan edir ki, işini Almaniyada Gürcüstan səfiri kimi davam etdirəcək
Levan İzoriya vəzifəsini tərk edir və bəyan edir ki, işini Almaniyada Gürcüstan səfiri kimi davam etdirəcək

Levan İzoriya Gürcüstan Kəşfiyyat Xidməti rəhbəri vəzifəsini tərk edir. Bu barədə o, “Pos TV” teleşirkətinin efirində bəyan etdi.

Levan İzoriyanın bəyan etdiyinə görə, istefası barəsində ərizə ilə Gürcüstan baş nazirinə artıq müraciət edib.

Elə onun açıqlamasına görə, hələ keçən ilin dekabrında qərara alındı ki, Almaniyada işini Gürcüstan səfiri kimi davam etdirəcək və Gürcüstan Kəşfiyyat Xidməti rəhbəri vəzifəsini tərk etməsi barəsində ərizənin yazılması yanvarın sonunda planlaşdırılırdı.