"Layiqli Partnyor 2018-də" "Apaçilərin" döyüş atışları [Video-foto]

“Layiqli partnyor 2018” adlı çoxmillətli təlimlərə Amerikanın hücum aviasiyası ilk dəfə qoşuldu.

Gürcüstanın Müdafiyə Nazirliyinin məlumatına görə, Vazianidəki təlimdə AH-64 “Apaçi” tipli helikopterlər iştirak edirlər.

Təlimlərdə Gürcüstanın Silahlı Qüvvələrinin IV-cü mexanizasiya briqadasının zirehli texnikası, ABŞ-ın II kavaleriya polkunun zirehli maşını “Straiker”, piyadalar üçün “Bredler” və “Abrams” tankları iştirak edirlər.

Gürcüstanın Silahlı Qüvvələri və ABŞ-ın Avropa əsgərlərinin liderliyi ilə keçirilən “Layiqli partnyor 2018” adlı çoxmillətli hərbi təlimlər Gürcüstanda iki həftədir davam edir.