Latviya prezidenti - Salome Zurabişvilini təbrik edirik, Latviya və Gürcüstan arasında sıx əməkdaşlığı gözləyirik
Latviya prezidenti - Salome Zurabişvilini təbrik edirik, Latviya və Gürcüstan arasında sıx əməkdaşlığı gözləyirik

Latviya prezidenti Raymonds Veyonis Salome Zurabişvilini Gürcüstan prezidenti seçilməsi ilə təbrik edir.

Təbriki Latviya dövlət başçısı “tviter” sosial şəbəkəsində yerləşdirdi.

“Salome Zurabişvilini Gürcüstan prezidenti seçilməsi münasibəti ilə təbrik edirik. Latviya və Gürcüstan arasında sıx əməkdaşlığı gözləyirik. Gürcüstanın avroatlantik yoluna tam dəstək”, – təbrikdə deyilir.