Laqodexidə koronavirusa yoluxan 48 nəfərlik klaster qeydə alındı
Laqodexidə koronavirusa yoluxan 48 nəfərlik klaster qeydə alındı

Laqodexidə koronavirusa yoluxan 48 nəfərlik klaster qeydə alındı.

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Kaxeti təşkilatının rəhbəri Neli Xizanişvili bəyan edir ki, ehtimala görə, qeydə alınan klaster kilsə klasteridir.

Onun dediyinə görə, Laqodexidə təcili antigen testinin geniş miqyaslı keçirilməsi planlaşdırılır.

Laqodexi Munisipalitetində aprelin birindən bu günə qədər 65 hal qeydə alınıb, onalrın arasında iki yeni doğulan uşaq, bir hamilə və bir neçə müəllim var.

“Lokal məhdudiyyətlərlə bağlı rekomendasiyalar bu mərhələdə müzakirə olunmur. Hələlik geniş miqyaslı testləşdirmə və nəzarətin gücləndirilməsini planlayırıq”, – dedi Neli Xizanişvili.