Kvemo-Kartli Tele-Radio şirkəti etiraz olaraq, yayımını dayandırdı
Kvemo-Kartli Tele-Radio şirkəti etiraz olaraq, yayımını dayandırdı

Kvemo-Kartlinin TV4 tele-radio şirkəti bir neçə günlüyünə yayımını dayandırdı.

Xəbərlər buraxılışının aparıcısı canlı yayımda, kanalın işinin dayandırılacağı barədə bəyanat verdi və tamaşaçılarla vidalaşdı.

Kanalın bəyanatında deyilir ki, müəyyən qüvvələr tərəfindən kanalın redaksiya və kadr siyasətinə qarışmaq cəhdi yer aldı və bu səbəbə görə, kanal etiraz əlaməti olaraq, yayımını dayandırdı.

Kanalın baş direktoru Gigi Mqaloblişvili əlavə açıqlamalar verməyib.

Onun dediyinə görə, kanalın işi ilə bağlı məlumatı tamaşaçılara yaxında bildirəcəklər.

“Kanal 21 ildir fəaliyyət göstərir və dəfələrlə bağlanmaq təhlükəsi altında olub. Biz sadəcə olaraq, kanalın yayımını müvəqəqti olaraq, dayandıraraq, bu forma ilə etirazımızı bildiririk. Təşəkkür edirik şəhərimizin meri olan İrakli Tabağuaya, çünki məhz olnun mer olduğu dövrdə Rustavi şəhəri yayımçısız qalacaq! Gələcəkdə görüşmək ümidi ilə, tamaşaçılarımızla vidalaşırıq” – deyilir tele-şirkətin bəyanatında.