Kutaisidə sabah elektrik avtomobilləri müəssəsinin tikintisi layihəsinin təqdimatı keçiriləcək
Kutaisidə sabah elektrik avtomobilləri müəssəsinin tikintisi layihəsinin təqdimatı keçiriləcək

“Aigroup” holdinqi sabah Kutaisidə təqdimat keçirəcək. Burada elektrik avtomobilləri müəssəsinin tikintisi layihəsinin təqdimatı keçiriləcək.

Şirkətin məlumatına görə, təqdimatı baş nazir, Mamuka Baxtadze açacaq. Tədbir Kutaisidə, David Ağmaşenebeli meydanında keçiriləcək.

Təqdimata həmçinin, dəvət olunmuş hökumət idarələri, yerli hakimiyyət, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, biznes və media nümayəndələri iştirak edəcəklər.

Layihəyə uyğun olaraq, “Aigroup” holdinqi Kutaisidə 100 hektar sahədə ilin sonuna kimi, elektrik avtomobilləri müəssəsini tikəcək. Zavodda təxminən 300 yerli işlə təmin olunacaq.

Şirkət qeyd edir ki, ilk mərhələdə zavodda dörd modeli istehsal edəcəklər.

Xüsusi qonaq statusu ilə təqdimata İtaliyalı ekspert və dizayner, doktor Can Karlo Peroni dəvət olunubdur.

Elektrik avtomobillərin istehsalı barəsində memorandum 2019-cu ilin may ayında imzalandı.