Kutaisi 31 saylı məktəbin şağirdində koronavirus təsdiq olundu
Kutaisi 31 saylı məktəbin şağirdində koronavirus təsdiq olundu

Kutaisi 31 saylı məktəbin şağirdində koronavirus təsdiq olundu. Virusa yoluxan birinci sinif şağirdidir.

Şagirdin yoluxmasına görə, məktəbdə tədris distansiyalı rejimə keçdi. Virusa yoluxan şagirdin müəllim və sinif yoldaşları evdə izolasiyadadırlar.

Məktəb direktoru, İrma Şvelidzenin məlumatına görə, şagirdin virusa yoluxma mənbəsi artıq məlumdur və ona virus anasından keçib.