Kutaisi Aeroportunda dezinfeksiya işləri həyata keçirilir
Kutaisi Aeroportunda dezinfeksiya işləri həyata keçirilir

Gürcüstan Aeroportlar Birliyinin məlumatına görə, Kutaisi Aeroportunda koronavirusun prevensiyası məqsədi ilə, 24 saatda bir dəfə dezinfeksiya işləri həyata keçirilir.

İdarənin məlumatına görə, aeroportun əməkdaşları antibakterial maye və xlor ilə aeroportun uçuş və eniş salonunda yerləşən bütün obyektləri dezinfeksiya edirlər.

Dezinfeksiya mayesi ilə təyyarənin salonu da dezinfeksiya edilir.