Koronavirusun yeni hallarından biri Acarada qeydə alındı
Koronavirusun yeni hallarından biri Acarada qeydə alındı

Acarada koronavirusa yoluxmanın doqquzuncu halı qeydə alındı.

Virusa yoluxan 80 yaşlı qadındır. Onun Acarada koronavirusa yoluxmuş şəxslərdən biri ilə kontaktı var idi və sonra karantində yerləşdirilmişdi.

Qeyd olunasıdır ki, izolasiya müddətini demək olar başa çatdırmışdı, halbuki simptomlar son günündə biruzə verdi və analizlər müsbət cavab göstərdi.

Hazırda Batumidə, “Medalfa” klinikasında doqquz virusa yoluxmuş insan var.

Bu vaxt üçün Gürcüstanda koronavirusun təsdiq olunmuş 170 halı qeydə alınır.