Kommunikasiyalar Komissiyası internetə yuxarı hədd tarifini təyin etdi, 1 mb/s-nin qiyməti 32 laridən 9 lariyə qədər endirildi
Kommunikasiyalar Komissiyası internetə yuxarı hədd tarifini təyin etdi, 1 mb/s-nin qiyməti 32 laridən 9 lariyə qədər endirildi

Milli Kommunikasiyalar Komissiyasının məlumatına görə, 2019-cu ilin iyulun birindən 1 mb/s-nin qiyməti 32 laridən 9 lariyə qədər endiriləcək.

“Milli Kommunikasiyalar Komissiyası telekommunikasiya bazarının tədqiqatını başa çatdırdı və istifadəçilərin maraqlarının müdafiəsi və bazarın inkişafı məqsədi ilə, bir neçə önəmli qərar qəbul etdi. Komissiya internet qiymətini radikal olaraq dəyişdi və yuxarı hədd tarifini təyin etdi. 2019-cu ilin iyulun birindən 1 mb/s-nin qiyməti 32 laridən 9 lariyə qədər endiriləcək.

Komissiya bazarın tədqiqatı nticələri ilə razıdır. Tədqiqar nəticəsində komissiya qərar qəbul etdi və səsli xidmət üzrə olan 24 tetrilik tarifi aradan qaldırdı.

Kommunikasiyalar Komissiyası bir neçə dəfə qeyd etdiyi kimi, əmindir ki, telekommunikasiya bazarının sağlamlaşdırılmasının ən düzgün yolu bazarın liberalladırılmasıdır”, – komissiyanın bəyanatında deyilir.