Koba Qvenetadze - Turizm bərpa olunmasa, 2021-ci ilin iqtisadi artımı təqribən bir faiz çərçivəsində olacaq
Koba Qvenetadze - Turizm bərpa olunmasa, 2021-ci ilin iqtisadi artımı təqribən bir faiz çərçivəsində olacaq

“Təəssüflər olsun ki, 2020-ci ildə, pandemiyaya görə, Gürcüstan iqtisadiyyatı da dünya iqtisadiyyatı ilə bərabər böyük zərər gördü”, – deyir Gürcüstanın Milli Bankının prezidenti Koba Qvenetadze.

Qvenetadzenin dediyinə görə, 2020-ci ildə, Gürcüstan iqtisadiyyatı  6.1 fazilə azaldı.

Koba Qvenetadzenin məlumatına görə, əgər ilin ikinci yarısında epidemioloji vəziyyət düzəlsə və turizm sektoru bərpa olunmağa başlasa, 2021-ci ildə, Gürcüstan iqtisadiyyatının qismən yaxşılaşdırılması proqnoz edilə bilər.

“Ancaq, əgər qlobal miqyasda və Gürcüstanda epid-vəziyyət ağırlaşsa və turizm bərpa olunmasa, bugünki göstəricilərlə deyə bilərik ki, 2021-ci ildə, Gürcüstan iqtisadiyyatındaki artım 1 faiz çərçisəvində olacaq” – dedi Koba Qvenetadze.