Kiyevdə koronavirusun halı qeydə alındı
Kiyevdə koronavirusun halı qeydə alındı

Ukrayna paytaxtı, Kiyevdə koronavirusun halı qeydə alındı. Bu barədə məlumatı “112” Ukrayna teleşirkəti Səhiyyə Nazirliyinin Kiyev Laboratoriya Mərkəzinə istinadən yayır.

İdarədə qeyd edirlər ki, koronavirusun qeydə alınmış halı, Çində yayılan növdən deyil.

Bununla yanaşı Ukrayna Səhiyyə Nazirliyinin göstəricilərinə görə, koronavirus simptomları daha üç insanda aşkar olundu. Laboratoriya tədqiqatı nəticəsində, iki halda qrip müəyyənləşdirildi, üçüncü şəxs ilə bağlı tədqiqatlar isə, davam edir.

Şərh yaz