Xronik xəstəliklərin müalicəsi üçün gərəkən medikamentləri sosiyal cəhəddən müdafiyəsiz şəxslərlə bərabər pensionerlər, məhdud fiziki imkanlı şəxslər və digər qruplar da 1 lariyə alacaqlar
Xronik xəstəliklərin müalicəsi üçün gərəkən medikamentləri sosiyal cəhəddən müdafiyəsiz şəxslərlə bərabər pensionerlər, məhdud fiziki imkanlı şəxslər və digər qruplar da 1 lariyə alacaqlar

Xronik xəstəlikərin müalicəsi üçün gərəkən medikamentlər proqramına dəyişikliklər əlavə olunur və medikamentləri sosiyal cəhəddən müdafiyəsiz şəxslərlə bərabər pensionerlər, məhdud fiziki imkanlı şəxslər və digər qruplar da 1 lariyə alacaqlar, – bu barədə bəyanatı baş nazir Mamuka Baxtadze hökümət iclasından öncə keçirdiyi brifinqdə verdi.

Baş nazirin dediyinə görə, müvafiq təşəbbüs hökümət iclasında da müzakirə olunacaq.

Onun dediyinə görə, söhbət 35 növ medikamentdən gedir.

Mamuka Baxtadze bəyan etdi ki, medikamentlər üçün ödənilən pulun minimal olması üçün işlər davam edir.

“İctimaiyyətə söz verirəm ki, işləməyə davam edəcəyik və vətəndaşlarımızın medikamentlər üçün ciblərindən ödədikləri qiymətin minimal olması üçün əlimizdən gələni edəcəyik” – dedi Mamuka Baxtadze.