Xəstəliklər Nəzarətinin Milli Mərkəzi - Luqar laboratoriyasının adı ilə vətəndaşlara zəng edib, koronavirusun profilaktikası üçün preparat təklif edirlər
Xəstəliklər Nəzarətinin Milli Mərkəzi - Luqar laboratoriyasının adı ilə vətəndaşlara zəng edib, koronavirusun profilaktikası üçün preparat təklif edirlər

Luqar laboratoriyasının adı ilə vətəndaşlara zəng edib, koronavirusun profilaktikası üçün preparat təklif edirlər ancaq bu doğru deyil, – bu barədə Xəstəliklər Nəzarətinin Milli Mərkəzi tərəfindən yayılan bəyanatda deyilir.

Mərkəz vətəndaşlara müraciət edir ki, belə zənglər gəldiyi halda, Daxili İşlər Nazirliyinə xəbər versinlər.

“Son günlərdə Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin və Luqar laboratoriyasının adı ilə vətəndaşlara zəng edib, güya Covid-19-un profilaktikası və müalicəsi üçün preparat təklif edirlər.

Bildirmək istəyirik ki, bunlar yalandır: nə Xəstəliklər Nəzarətinin Milli Mərkəzi, nə də Luqar laboratoriyası heç bir preparata rekomendasiya vermir.

Xahiş edirik, belə zənglər gəldiyi halda, Daxili İşlər Nazirliyinə bildirin, – deyilir Xəstəliklər Nəzarətinin Milli Mərkəzininin bəyanatında.