Xatiya Dekanoidze hesab edir ki, partiyaların maliyyələşdirilməsinə dəyişikliklər siyasi plüralizmin zəifləşdirilməsi ilə əlaqədardır
Xatiya Dekanoidze hesab edir ki, partiyaların maliyyələşdirilməsinə dəyişikliklər siyasi plüralizmin zəifləşdirilməsi ilə əlaqədardır

“Milli Hərəkatın” üzvü, Xatiya Dekanoidze hesab edir ki, partiyaların maliyyələşdirilməsinə dəyişikliklər siyasi plüralizmin zəifləşdirilməsi ilə əlaqədardır.

Elə onun dediyinə görə, qanunlayihə demokratiyanın inkişafı maraqlarına xidmət etmir.

Partnyorlarımızın mövqeyidir ki, ölkədə bu qədər problem olarkən və hakim qüvvə dərkini itirib, paralell reallıqdadır, bu vaxtı, Venetsiya qərarına baxmayaraq, bu dəyişiklikləri hər halda edirlər. Bu qanunlayihə onunla əlaqədardır ki, Gürcüstanda siyasi plüralizm olduqca zəifləşsin. Əgər hakimiyyət plüralizmin inkişafının tərəfdarıdırsa, onun marağında olmalıdır güclü partiyalar, lakin güman ki, xatırlayırsınız, bizi hədələyirdilər və qanunlayihədə Mixael Saakaşvili ilə bağlı yazı əlavə etdilər, buna da partnyorlar ciddi iradlarını bildirdilər, indi qərar verdilər ki, sanki yüngülləşdirilmiş dəyişikliklər etsinlər, hansı da demokratiyanın inkişafı maraqlarına xidmət etmir”, – Dekanoidze bildirdi.

Qanunvericilik dəyişiklikləri, parlament mandatından imtina təqdirində, siyasi partiyalar üçün dövlət maliyyələşdirilməsini itirməyi nəzərdə tutur. Təsdiq olunduğu təqdirdə, dəyişikliklər 2022-ci ilin bir fevralından qüvvəyə minir.