Kaliforniyada meşə yanğını nəticəsində beş nəfər həlak oldu
Kaliforniyada meşə yanğını nəticəsində beş nəfər həlak oldu

Kaliforniyada meşədə əmələ gələn yanğın nəticəsində beş nəfər həlak oldu. Onlar arasında ikisi azyaşlı uşaq və onların nənəsidir. İki yanğınsöndürən də fəlakətin qurbanı oldu.

17 nəfər itkin düşmüş hesab olunur. 37 000 vətəndaş yaşayış evini tərk etməyə məcbur oldu.

Yanğına Şimali Kaliforniyada güclü külək və tornado əlavə oldu. Yüzlərlə ev maşın yanıb.

Yanğın Kaliforniya meşəsində bazarertəsi əmələ gəldi. Hazırda alov 194 kv.km sahəyə yayılıb.