Kaxa Kaladze - seçki siteminə təşəbbüsün müzakirəsini planlaşdırmırıq
Kaxa Kaladze - seçki siteminə təşəbbüsün müzakirəsini planlaşdırmırıq

Opponentləri seçkilərə hazırlaşmağa çağırıram və xalqın dəstəyinin olmamasını seçki sisteminin üzərinə atmasınlar, – bu barədə “Gürcü rzusunun” baş katibi, Tbilisi meri Kaxa Kaladze partiyanın ofisində keçirilən brifinqdə bəyan etdi.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası adından ictimaiyyətə açıqlamaq istəyirik ki, son günlərdə baş verən proseslər əslində nə cür inkişaf edirdi. Dünən hamı açıqca gördü ki, etiraz aksiyasının təşkilatçısı “Milli Hərəkat” partiyasıdır.

Xatırladaq ki, bu siyasi qüvvə illər ərzində konstitusiya çoxluğu ilə ölkəni idarə edirdi və proporsional seçki sistemi barəsində bir dəfə də düşünməyib”, – Kaxa Kaladze bəyan etdi.

Onun dediyinə görə, proporsional seçkilərinə keçid üçün David Usupaşvili də bir şey etməyib.

“2017-ci ildə, məhz elə qeyd olunan siyasi qüvvələrinin boykotu fonunda, İrakli Kobaxidzenin rəhbərliyi ilə “Gürcü Arzusu” 2024-cü ildən proporsional seçki sistemini keçidi qəbul etdi.

Bununla yanaşı, bu gün barikadalarda duran və ö dövrkü Parlament müxalifəti, qeyd olunan sistemə 2020-ci ildə keçidi dəstəkləsə idi, bu artıq konstitusiyada əks olunmuş olardı”, – Kaladze bildirdi.

Elə onun dediyinə görə, opponentlər bunu istəyir ya yox, proporsional sistemə keçidin yeganə təşəbbüskarı və müəllifi kimi gürcü siyasi tarixinə məhz elə “Gürcü Arzusu” yazılacaq.