Kaxa Kaladze - Saakaşvilinin ən böyük düşməni onun siyasi keçmişidir
Kaxa Kaladze - Saakaşvilinin ən böyük düşməni onun siyasi keçmişidir

Saakaşvilinin ən böyük düşməni onun siyasi keçmişidir, – bu barədə “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvilinin siyasi keçmişi haqqında Ukraynalı jurnalistlər tərəfindən çəkilən sənədli film barəsində söhbət edərkən bəyan etdi.

Kaladzenin dediyinə görə, Saakaşvilinin düşməni keçmişdə Gürcüstan əhalisinə qarşı etdiyi hərəkətlərdir.

“Saakaşvili barəsində yeni heç bir şey deyə bilmərəm. Daha bir şey nə deyə bilərəmsə,  onun ən böyük düşməni onun siyasi keçmişidir, keçmişdə Gürcüstan əhalisinə qarşı illər ərzində etdiyi hərəkətlərdir”, – Kaladze bəyan etdi.