Çuberidə vəziyyət necədir - təbii fəlakət zonasından foto və video-kadrlar

Çuberidə yağış dayandı və Nenskra çayında suyun səviyyəsi biraz azaldı, – bu barədə məlumatı Birinci Kanalın jurnalisti Çuberidən verir.

Onun dediyinə görə, bu vaxta qədər təbii fəlakət zonasında ağır texnika işləyir.

Hadisə yerində “Energo-Pro-Georgia”-nın texniki qrupu Çuberi kəndinin elektrik enerji təminatını bərpa etmək üçün işləyir.

Ətraf Mühitin Qorunmasının Milli Agentliyinin məlumatna görə, Çuberidə belə geniş miqyaslı təbii fəlakətin təkrarlanması artıq istisna olunur.

Kənddə baş verən təbii fəlakətə görə, Çuberi kəndində yenə 21 ev çökmə təhlükəsi altındadır.