Əfqanıstanda Amerikalı hərbiçini qətlə yetirdilər
Əfqanıstanda Amerikalı hərbiçini qətlə yetirdilər

Əfqanıstanda Amerikalı hərbiçini öldürdülər. Məlumatı “Reuters” agentliyi Kabildə NATO-nun nümayəndliyinə istinad edərək yayır. 

Əsgər NATO-nun möhkəm dəstək təlim missiyasının iştirakçısı idi. Şimali Atlantik Aliyansı insident ilə bağlı detalları yaymır, lakin qeyd edir ki, baş verənlərin araşdırılması həyata keçirilir.

Əfqanıstanda cari ildə altı Amerikalı hərbiçisini qətlə yetirdilər. Pentaqonun məlumatına görə, Əfqanıstanda cəmi 14 min Amerikalı hərbiçi var.