İspaniyada ötən bir gün ərzində koronavirusun 23 580 yeni halı aşkar edildi, 173 pasiyent vəfat etdi
İspaniyada ötən bir gün ərzində koronavirusun 23 580 yeni halı aşkar edildi, 173 pasiyent vəfat etdi

İspaniyada ötən bir gün ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı. Ölkədə koronavirus 23 580 insanda təsdiq olundu, 173 pasiyent vəfat etdi.

Məlumatı “Qardian” nəşri ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər İspaniyada koronavirus 1 135 503 insanda aşkar edilib, 35 639 pasiyent vəfat edib.