İranda koronavirusdan son 24 saat ərzində 141 insan həlak oldu
İranda koronavirusdan son 24 saat ərzində 141 insan həlak oldu

İranda koronavirusdan son 24 saat ərzində 141 insan həlak oldu. Məlumatı İran mediası, ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

İran Səhiyyə Nazirliyinin nümayəndəsinin bəyan etdiyinə görə, son 24 saat ərzində ölkədə koronavirusa yoluxmanın 3 111 yeni halı aşkar edildi.

Ümumilikdə İranda koronavirus 44 606 insanda təsdiq edildi, 14 656 insan isə, artıq sağalıb.