İrakli Kobaxidze - Yeni parlamentdə "Gürcü Arzusu" 90 deputatla təqdim ediləcək
İrakli Kobaxidze - Yeni parlamentdə "Gürcü Arzusu" 90 deputatla təqdim ediləcək

Yeni parlamentdə “Gürcü Arzusu” 90 deputatla təqdim ediləcək.

“Milli hərəkat” 36 mandatla. “Avropa Gürcüstanı – Bakradze-Uqulava-Bokeria” – 5 mandatla. “Giorgi Vaşadze – Ağmaşenebeli strategiyası” – dörd mandatla. 4 mandat “Lelo” partiyasının var. “Gürcüstanın Vətəpərvərlər Asosiasiyası”- 4. “Girçinin”  dörd mandatı var. “Aleko Elisaşvili – Vətəndaşlar” partiyasının  parlametdə iki yeri var. Gürcüstanın Leyborist partiyasının” parlamentdə bir mandatı var.

Seçkilərin ikinci turu başa çatdıqdan sonra, “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidze bəyanat verdi.

“Müxalifətin sabotajına baxmayaraq, bugün yarım milyindan çox vətəndaş yüksək vətəndaşlıq məsuliyyətini göstərdi və səs verməyə getdi. “Gürcü Arzusunun” hər 17 namizədi deputat mandatını aldı. Müvafiq olaraq da, “Gürcü Arzusu” yeni parlamentdə 90 deputatla tədim olunacaq.

Yeni parlament pandemiya nəticəsində, iqtisadi və sosiyal çağırışlarla mübarizə yolunda, çox önəmli demokratik institun olmalıdır.

Bütün seçicilərimizə bizə dəstək verdikləri üçün təşəkkür edirəm” – dedi İrakli Kobaxidze.