İrakli Kobaxidze Ukrayna baş naziri ilə görüşdü
İrakli Kobaxidze Ukrayna baş naziri ilə görüşdü

Ukraynaya rəsmi səfər çərçivəsində, Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze Ukraynanın Baş naziri Volodomir Groysman ilə görüşdü.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

Elə onların məlumatına görə, Gürcüstan Parlamentinin sədri və Ukraynanın baş nazirinin dəyərləndirməsinə görə, yüksək səviyyəli mübadilə səfərləri ikitərəfli münasibətlərin müsbət dinamikasını göstərir.

Tərəflər ölkələr qarşısında duran çağırışlar və ümumi maraqlarını müzakirə etdilər. Görüşdən sonra jurnalistlərə açıqlamasında İrakli Kobaxidze bəyan etdi ki, görüşdə əməkdaşlıq haqqında maraqlı söhbətlər baş tutdu.