İrakli Kobaxidze - Qedevan Popxadze komanda üzvlərini ağır təhqir etdi və bunu dini mövzu ilə spekulasiya fonunda etdi
İrakli Kobaxidze - Qedevan Popxadze komanda üzvlərini ağır təhqir etdi və bunu dini mövzu ilə spekulasiya fonunda etdi

Qedi Popxadze komanda üzvlərini ağır təhqir etdi, – bu barədə Parlamentin sədri, İrakli Kobaxidze deputat Qedevan Popxadzenin çoxluğu tərk etməsi məsələsini şərh edərkən bəyan etdi.

Onun dediyinə görə, bir neçə xoşagəlməz hadisə baş verdi, lakin parlament çoxluğu işini davam etdirir.

Parlamentin sədri ümidvar olduğunu bildirir ki, bənzər faktlar gələcəkdə baş verməyəcək.

“Parlament çoxluğu işini davam etdirir. Bir neçə xoşagəlməz hadisə baş verdi, o cümlədən Qedi Popxadze tərəfindən. Çox təəssüflər olsun ki, Qedevan Popxadze komanda üzvlərini ağır təhqir etdi və bunu dini mövzu ilə spekulasiya fonunda etdi. Biz bu cür mövzuları müzakirə edirik və ümid edirəm gələcəkdə bu cür faktlar baş verməyəcək”, – Kobaxidze bəyan etdi.

Deputat Qedevan Popxadze parlament çoxluğunu tərk edir. Bu barədə o, aprelin 4-də bəyan etdi.

Qedevan Popxadzenin açıqladığına görə, onun qərarı İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq hakim komanda üzvləri tərəfindən Ninia Kakabadzenin namizədliyinin dəstəklənməsi ilə əlaqədardır.