İrakli Ğaribaşvili-komandamızın vaxtında verdiyi reaksiya, Gürcüstan həkimlərinin və epidemioloqların peşəkarlığı və vətəndaşlarımızın göstərdiyi mülki məsuliyyət həm yazda pandemiyanın başlanğıcında, həm də ikinci dalğa zamanı virusu dəf etməmizə imkan yaratdı
İrakli Ğaribaşvili-komandamızın vaxtında verdiyi reaksiya, Gürcüstan həkimlərinin və epidemioloqların peşəkarlığı və vətəndaşlarımızın göstərdiyi mülki məsuliyyət həm yazda pandemiyanın başlanğıcında, həm də ikinci dalğa zamanı virusu dəf etməmizə imkan yaratdı

 

 Komandamızın vaxtında verdiyi reaksiya, Gürcüstan həkimlərinin və epidemioloqların peşəkarlığı və vətəndaşlarımızın göstərdiyi mülki məsuliyyət həm yazda pandemiyanın başlanğıcında, həm də ikinci dalğa zamanı virusu dəf etməmizə imkan yaratdı- bu barədə  Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirir. Hökumət başçısının qiymətləndirməsinə görə, bunlara baxmayaraq, bugünkü vəziyyət  optimizm üçün əsas verir, mübarizə hələ də davam edir və diqqətin azaldılamsı  yolverilməzdir.

“Gürcüstanda yeni növ koronavirusun  ilk halının qeydə alınmasından bir il ötür. Bu bir  ildə, bütün dünya tamamilə fərqli və çətin rejimdə yaşayası oldu və belədə davam edir. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkələr çox ağır zərbə aldılar.  Gürcüstan da istisna təşkil etmir.Pandemiya hamıya  və hər şeyə təsir etdi. Bir ildir görünməyən bir düşmənlə müharibədəyik. Komandamızın vaxtında verdiyi reaksiya, Gürcüstan həkimlərinin və epidemioloqların peşəkarlığı və vətəndaşlarımızn göstərdiyi mülki məsuliyyət həm yazda,pandmeiyanın başlanğıcında, həm də ikinci dalğa zamanı virusu dəf etməmizə imkan yaratdı.  Çox ciddi çağırışlar var idi, qısa müddətdə pandemiya idarəetmə rejiminə keçməli idik və demək lazımdır ki, bu çağırışlara effektiv cavab verdik.Doğrudur, dünyada peyvənd çatışmazlığı əhalimizin peyvəndlənməsini çətinləşdirdi, lakin inanın mənə , hökumətimiz, hər bir qurum ölkənin ən qısa müddətdə ilk dozaları  alması üçün əlindən gələni edir. Mövcud vəziyyət həqiqətən nikbinliyə əsas verir və tənzimləmələrin çoxunu asanlaşdırdıq, lakin mübarizə hələ də davam edir.Biz virusla birgə yaşamağı öyrənirik. İnanıram ki, cəmiyyətimiz diqqətin azaldılmasının və tətbiq olunan rekomendasiyalara əməl edilməməsinin qəbuledilməz olduğunu yaxşı başa düşür. Əminəm ki, biz birgə səylərimizlə  bu çağırışın öhdəsindən son olaraq gələ biləcəyik”-deyə İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

Müəllif-Sevinc Mustafayeva