İrakli Ğaribaşvili Avropa İttifaqının müşahidəçilər missiyasının yeni rəhbəri ilə görüşdü
İrakli Ğaribaşvili Avropa İttifaqının müşahidəçilər missiyasının yeni rəhbəri ilə görüşdü

Gürcüstan Müdafiə naziri, İrakli Ğaribaşvili Avropa İttifaqının müşahidəçilər missiyasının (EUMM) yeni təyin edilmiş rəhbəri, Marek Şçingel ilə görüşdü.

Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tanışlıq xarakterli görüşdə İrakli Ğaribaşvili Marek Şçigeli yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik etdi və uğurlar arzuladı.

Tərəflər Avropa İttifaqının müşahidəçilər missiyası və Gürcüstan Müdafiə Nazirliyi arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Müdafiə Nazirliyinin məlumatına görə, İrakli Ğaribaşvili ümidvar olduğunu ifadə etdi ki, mövcud məhsuldar əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcək.