İrakli Ğaribaşvili Əfqanıstanda, Bəhram bazasında gürcü bataliyonunu ziyarət etdi
İrakli Ğaribaşvili Əfqanıstanda, Bəhram bazasında gürcü bataliyonunu ziyarət etdi

Əfqanıstana səfər çərçivəsində, Gürcüstan Müdafiə naziri, İrakli Ğaribaşvili Bəhram bazasında gürcü bataliyonunu ziyarət etdi .

Müdafiə Nazirliyi nümayəndə heyəti Bəhram aviasiya bazasına Mazar-i-Şarifdə səfəri başa çatdırdıqdan sonra getdi. Gürcüstan Müdafiə nazirini aeroportda bazanın başçısı, briqada generalı Brian Volford qarşıladı və görüşdə gürcü hərbçilərinin roluna xüsusi diqqət yetirdi.

Müdafiə Nazirliyinin məlumatına görə, sonra İrakli Ğaribaşvili Bəhram aviasiya bazasında 43-cü batalyonunun tərkib heyəti ilə görüş keçirdi, beynəlxalq arenada Gürcüstanın adının tanıtdırılması üçün təşəkkürünü bildirdi.

Gürcüstan Müdafiə naziri Əfqanıstanın beynəlxalq missiyalarında həlak olan gürcü qəhrəmanlarının memorialını gül-çiçək dəstəsi ilə bəzədi.

İrakli Ğaribaşvili Əfqanıstan İslam Respublikasında Gürcüstan Müdafiə Qüvvələrinin başçısı ilə birlikdə idi.