İraq televiziyası "İslam Dövlətinin" liderinə qarşı keçirilən əməliyyatın kadrlarını yaydı

İraq televiziyası “İslam Dövlətinin” liderinə qarşı keçirilən əməliyyatın kadrlarını yaydı. Medianın yaydığı məlumata görə, xüsusi əməliyyat Suriyada, İdlib əyalətində keçirildi.

Xatırladaq ki, ABŞ rəsmi şəxsləri təsdiq etdilər ki, “İslam Dövləti” terror təşkilatının lideri, Abu Bakr Al-Bağdadi məhv edilib. Qeyd olunan məsələ üzrə xüsusi brifinqi ABŞ prezidenti, Donald Tramp keçirəcək.

İraq mediası həmçinin məlumat yayır ki, Al-Bağdadinin yerinin müəyyənlədirilməsində ABŞ-a İraq kəşfiyyatı yardım etdi.

Şərh yaz