İordan çayı yaxınlığında Gürcüstana verilən torpaq sahəsində gürcü mədəniyyət mərkəzinin tikintisi məqsədilə hökumət komissiyası yaradılacaq
İordan çayı yaxınlığında Gürcüstana verilən torpaq sahəsində gürcü mədəniyyət mərkəzinin tikintisi məqsədilə hökumət komissiyası yaradılacaq

 
Məsihin vəftiz olunduğu yerin yaxınlığında İordan çayı sahilində Gürcüstana 4000 kv.m torpaq sahəsi verilib. Gürcüstanın katolikos-patriarxının xeyir-duası ilə bu müqəddəs torpaqda gürcü mədəniyyət mərkəzini inşa etməyi planlaşdırırıq. Məhz bu məqsədlə biz hökumət komissiyası yaradaraq, konsepsiya, layihə üzərində işə başlayacağıq və daha sonra tikinti mərhələsinə keçəcəyik-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.

İrakli Ğaribaşvili bu prosesdə İkinci İlianın rolunu bir daha vurğulayıb.

“Onunla birlikdə bir daha İordaniya Kralı II Abdullah, Şahzadə Ğazi, Yerusəlimin patriarxı Teofilus, İordaniya arxiyepiskopu və bu prosesdə iştirak edənlərin hamısına, ələxsus da İordaniyadakı səfirimiz Zaza Kandelakiyə və Xarici İşlər Nazirliyinə təşəkkür edirəm.

Dediyim kimi, bu məqsədlə bu gün komissiya yaradacağıq. Biz həmçinin Patriarxlığın nümayəndələrindən, konkret olaraq din xadimləri Şio, Qerasim, David, Teodore və dekanoz Andria Cağmaidzedən komissiyanın fəaliyyətində iştirak etmələrini xahiş etdik”- deyə baş nazir bildirib.