İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Vətən uğrunda həlak olan şəhidləri xatirəsini hökumətin başqa üzvləri də yad etdilər.
Qanlı Yanvar hadisələrindən 28 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixində ən faciəli günlərdən biri, eyni zamanda, azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Həmin gecə 137 insan həlak oldu, 700-dən artıq insan xəsarət aldı.