Gürcüstanda Azərbaycan Səfirliyi 20 Yanvar və 9 Aprel hadisələri ildönümü ilə bağlı rəsm və inşa yazısı müsabiqəsini elan edir
Gürcüstanda Azərbaycan Səfirliyi 20 Yanvar və 9 Aprel hadisələri ildönümü ilə bağlı rəsm və inşa yazısı müsabiqəsini elan edir

Gürcüstanda Azərbaycan Səfirliyi 20 Yanvar və 9 Aprel hadisələri ildönümü ilə bağlı rəsm və inşa yazısı müsabiqəsini elan edir. Səfirlikdə bəyan etdiklərinə görə, adlandırılmış mövzü üzrə ən yaradıcı əsərlərin üçlüyünə çıxan müəllifləri Səfirlik mükafatlandıracaq.

Səfirliyin məlumatına görə, müsabiqənin nəticələri 18 yanvarda bəyan ediləcək.

“Hörmətli Gürcüstan vətəndaşları,
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan və Gürcüstan xalqlarının müstəqillikləri naminə atdıqları addımların təzahürü olan 20 Yanvar və 9 Aprel hadisələrinin növbəti ildönümü ilə bağlı rəsm və inşa müsabiqəsi elan edir. Gürcüstanın 15 yaşından yuxarı vətəndaşları arasında qeyd olunan mövzü üzrə ən yaradıcı rəsm və inşaya malik olan şəxslər Səfirlik tərəfindən hər iki moninasiya üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar.
Müsabiqənin nəticələri 18 yanvar 2021-ci il tarixində açıqlanacaq.
Müsabiqənin nəticələrinə əsasən, ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları Azərbaycan Respublikasının Tbilisi şəhərində yerləşən Səfirliyində Səfir Faiq Quliyev və Gürcüstanın Hökumətinin səlahiyyətli nümayəndəsi tərəfindən mükafatlandırılacaqlar.
Müsabiqədə iştirak edəcək şəxslərdən mövzü üzrə rəsm əsərlərini Səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri, həmçinin Azərbaycan və ya gürcü dillərində inşa yazan şəxslərdən öz işlərini 17 yanvar 2021-ci il tarixinədək Səfirliyin [email protected] ünvanına göndərmələri xahiş olunur.
Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən Səfirliyin (+995 32)224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaları xahiş olunur”, – məlumatda deyilir.