İkinci İliya - Uşaqlar, söz verin ki, heç bir zaman narkotiklərə toxunmayacaqsınız
İkinci İliya - Uşaqlar, söz verin ki, heç bir zaman narkotiklərə toxunmayacaqsınız

Sameba Kafedral Məbədində, bayram xeyir duasından sonra, bütün Gürcüstanın katalakos-patriarxı, pak və müqəddəs İkinci İliya uşaqları yanına çağırdı və xeyir-dua verdi.

“Bu günki gün ilə hamınızı təbrik edirəm, bu gün sevinc və xoşbəxtlik günüdür, uşaqlara dua edilməsi günüdür, buna görə də uşaqlara hörmət etməliyik. Bu gün biz uşaqlara və hər bir mömin insana dua edirik. Müqəddəs Barbare xüsusi bir müqəddəsdir, o, tək uşaq idi, onu atası böyüdürdu, amma atası əsl mömin – xristian deyildi. Müqəddəs barbarenin işgəncəsi nümunəvidir.

Hər kəs ürəyində üçüncü bir pəncərə etməlidir. Bu məbəd Müqəddəs Üçlüyün adını daşıyır, Müqəddəs Üçlüyü olmasaydı, yəqin ki, bu məbədi tikə bilməzdik. Bu gün uşaqlar, gənclərimiz haqqında bir az söhbət etmək istərdim, digərləri ilə müqayisədə daha yaxşı gənclərimiz var, ancaq bir nöqsanmız var, biz həddindən artıq qürurluyuq. Bəzi gənc narkotik qəbul edir. Uşaqlar, indi siz tanrı qarşısında durursunuz, söz verin ki, heç bir zaman narkotiklərə toxunmayacaqsınız, razısınızmı? Birlikdə deyin – “razıyıq”.

Siz bu bədxah zəhəri qəbul etməməlisiniz, insan özünü, öz ruhunu, ailəsini, valideynlərini və vətənini itirir, buna görə də hamıya deməliyik ki, bu insanı öldürür”, -Patriarx qeyd etdi.