İkinci İlia - Əlimizdən gələni etməliyik ki, bəyanatlarımıza görə, ölkədə gərginlik yaranmasın
İkinci İlia - Əlimizdən gələni etməliyik ki, bəyanatlarımıza görə, ölkədə gərginlik yaranmasın

“Əlimizdən gələni etməliyik ki, dini xadimlərimizin bəyanatlarına görə, ölkədə gərginlik yaranmasın” — bu barədə bəyanatı Gürcüstan Patriarxı İkinci İlia “Müqəddəs Sinodun” iclasında verdi.

“Biz gürcü kilsəsi olaraq, əlimizdən gələni etməliyik ki, ölkədə sadəcə sülh olsun. İnsanlarımızda kilsə və din haqqında şübhələrin yaranmasına səbəb verməməliyik.

Bu gün biz kimsəyi cəzalandırmaq üçün deyil, bir-birimizə yardım etmək üçün yığılmışıq.

Mən insanlara sevgiyi və mərhaməti öyrədən bir ailədə böyümüşəm. Həyatım boyu daşıdığım ağır xəçə rəğmən, həyatımda kimsəyi cəzalandırmağı düşünmədim.

Bu gün biz “incə körpüdən” keçirik və verdiyimiz bəyanatlarla ölkədə gərginliyin yaranmasına səbəb olmamalıyıq.

Hər bir keşiş tanrı və patriarxa verdiyi sözü heçə sayıb, pozursa, günahı onun öz boynuna” – dedi İkinci İlia.

Xatırladaq ki, dünən patriarxlıqda Müqəddəs Sinodun (ali dini iclas) iclası keçirildi, hansında bir neçə qərar verildi və baş keşiş Petre Tsaavanın dini rütbəsi əlindən alındı.

İclasdan sonra, Petre Tsaava Patriarxa qarşı təhqirli ifadələrdən istifadə etdi.

Həmçinin, iclasda qərar verildi ki, Patriarxlıq Gürcüstan prezidentindən, həbsdə olan dekanoz Giorgi Mamaladzenin azad edilməsini xahiş edəcək.