Honq Konqda son 24 saatda koronavirusun 149 halı aşkar edildi
Honq Konqda son 24 saatda koronavirusun 149 halı aşkar edildi

Honq Konqda koronavirusun yeni hallarının rekord olaraq yüksək göstəricisi qeydə alındı.

Son 24 saat ərzində ölkədə koronavirusun 149 halı aşkar edildi.

Məlumatı “CNN” Honq Konqun Səhiyyə Departamentinə istinad edərək yayır.

Bu günə kimi Honq Konqda koronavirusun 3 152 təsdiq olunmuş halı aşkar edilib, 24 insan vəfat edib.