Hökumət administrasiyasına Natiya Mezvrişvili rəhbərlik edəcək
Hökumət administrasiyasına Natiya Mezvrişvili rəhbərlik edəcək

Gürcüstan hökumət administrasiyası rəhbəri vəzifəsinə Natiya Mezvrişvili təyin edildi. Bu barədə məlumatı baş nazirin mətbuat xidməti yayır.

Elə onların məlumatına görə, buna qədər qeyd olunan vəzifəni tutatan Kaxa Kaxişvili baş nazirin məslətçisi oldu.

Natiya Mezvrişvili Daxili İşlər nazirinin müavini idi. Giorgi Qaxariyanın baş nazir olmasından sonra isə, aparatın rəhbəri vəzifəsini tuturdu.