Hökumət administrasiyası - bu mərhələdə tam lokdaun planlaşdırılmır, çünki iş yerlərinin qorunub saxlanılması məhz elə hakimiyyətin əsas prioritetlərindən biri olaraq qalır
Hökumət administrasiyası - bu mərhələdə tam lokdaun planlaşdırılmır, çünki iş yerlərinin qorunub saxlanılması məhz elə hakimiyyətin əsas prioritetlərindən biri olaraq qalır

Virusun yayılmasının yavaşlaşdırılması baxımından həyata keçiriləsi əlavə tədbirlər və bu posesdə iş yerlərinin maksimal olaraq qorunub saxlanılması məsələsi, hökumətin iqtisadi komandası və restoran biznesi nümayəndələri arasında keçirilən görüşün əsas müzakirə mövzusu idi.

Baş nazirin tapşırığı ilə, baş nazir müavini, Maya Tskitişvilinin rəhbərliyi ilə, hökumətin iqtisadi komandası özəl bölmənin nümayəndələri ilə, intensiv görüşlər keçirir. Baş nazir müavini, İqtisadiyyat və Maliyyə nazirləri restoran sahəsinin nümayəndələrindən pandemiya dövründə mövcud çağırışlar barəsində detalları mövqelərini dinlədilər və virusun yayılmasının yavaşlaşdırılması məqsədi ilə hansı növ nöqtəli məhdudiyyətlərin tədbiq olunması barəsində müzakirə apardılar.

Söhbət bu gün ölkədə mövcud olan epidemioloji duruma aid oldu. Disskusiya zamanı xüsusilə qeyd olundu ki, virusun yayılmasının artan dinamikası fonunda sahədə qaydaların müdafiəsi baxımından da çağırışlar var.

Mümkün əlavə nöqtəli məhdudiyyətlərin tədbiq olunması məsələsini müzakirə edərkən qeyd edildi ki, bu mərhələdə tam lokdaun planlaşdırılmır, çünki iş yerlərinin qorunub saxlanılması məhz elə hakimiyyətin əsas prioritetlərindən biri olaraq qalır.

Görüşdə baş nazir müavini, Bölgə İnkişaf və İnfrastruktur Naziri Maya Tskitişvili, Maliyyə naziri İvane Maçavariani və İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natiya Turnava iştirak eddirdilər.

Məlumatı hökumətin mətbuat xidməti yayır.