Hindistanda son 24 saat ərzində koronavirusa 52 050 insan yoluxdu, 803 pasiyent vəfat etdi
Hindistanda son 24 saat ərzində koronavirusa 52 050 insan yoluxdu, 803 pasiyent vəfat etdi

Hindistanda son 24 saat ərzində koronavirusun 52 050 təsdiq olunmuş halı aşkar edildi, 803 pasiyent vəfat etdi.

Məlumatı “CNN” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Artıq üçüncü gündür, virusun gündəlik göstəricisi 50 mini aşır.

Pandemiyanın başlamasından bu günə qədər Hindistanda koronavirusun 1 855 745 halı təsdiq olunub, 28 938 insan vəfat edib.