Hindistanda koronavirusun 22 065 yeni halı aşkar edildi

11:48, 15.12.2020

Hindistanda koronavirusun 22 065 yeni halı aşkar edildi. Koronavirusdan 354 pasiyent vəfat etdi. Məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər Hindistanda koronavirusun 9 906 165 halı qeydə alınıb, 143 709 insan vəfat edib.

Hindistan virusun yayılması baxımından, ABŞ-dan sonra ikinci yerdədir.

Oxşar