Həkim-ekspertiza bürosu yaxınlığında baş vermiş atışma nəticəsində xəsarət almış iki kişinin sağlamlıq vəziyyəti stabildir
Həkim-ekspertiza bürosu yaxınlığında baş vermiş atışma nəticəsində xəsarət almış iki kişinin sağlamlıq vəziyyəti stabildir

 

Ekspertiza bürosu yaxınlığında baş vermiş atışma nəticəsində xəsarət almış iki kişinin sağlamlıq vəziyyəti stabildir və onların sağlamlığını hər hansı bir təhlükə təhdid etmir.Xechinaşvili adına Klinikanın həkiminin,Nikoloz  Peradzenin də  qeyd etdiyi üzrə,xəsarət almış hər iki şəxsin cərrahi müdaxiləyə ehtiyyacı var. Bu dəqiqələrdə onlardan birinin üzərində təxirəsalınmaz əməliyyat aparılır.

Baqebidə ,ekspertiza bürosu yaxınlığında bu gün axşam atışma baş verib.Hadisə yerində  hüquq-mühafizəçilər işləyirlər.

DİN-dən verilən məlumata görə,baş vermiş hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 237-ci maddələri ilə istintaq aparılır.

 

Hazırladı-Sevinc Mustafayeva