Gürcüstanın həkimlərə təşəkkür alqışları

Könüllülər qrupu təşəbbüsü ilə, həkimlərə minnətdarlıq əlaməti olaraq, “təşəkkür alqışı” aksiyası keçirildi. Gürcüstanda dəqiq saat 21:00-da vətəndaşlar həkimlərə qarşı alqışlarını ifadə etdilər. Onlar eyvanlardan vətəndaşların qayğısına qalan həkimlərə, tibb personalına alqışlarla təşəkkürlərini bildirdilər.

Koronavirus pandemiyası ilə bağlı, həkimlərə qarşı minnətdarlığın bənzər formasını artıq Avropa ölkələrində, o cümlədən İtaliya və İspaniyada ifadə etdilər.